“S&P Global” Cənubi Afrika üçün kredit reytinqi proqnozunu dəyişib | Banco.az

“S&P Global” Cənubi Afrika üçün kredit reytinqi proqnozunu dəyişib

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi "S&P Global" Cənubi Afrikanın kredit reytinqini təsdiqləyib.

Banco.az xəbər verir ki, şirkət Cənubi Afrika üçün proqnozunu "müsbət"dən "stabil"ə doğru dəyişdirib. S&P Global tərəfindən verilən məlumata görə, ölkənin xarici valyutada uzun və qısamüddətli kredit reytinqi "BB-", yerli valyutada isə "B" olaraq təsdiq edilib.

Qeyd olunur ki, Cənubi Afrikada iqtisadi artım infrastruktur məhdudiyyətləri, xüsusilə də elektrik kəsilməsi səbəbindən artan təzyiqlə üzləşir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram