Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Fransanın kredit reytinqini təsdiq etdiyini bildirib.
S&P-dən verlən açıqlamada, Fransanın "AA" səviyyəsində kredit reytinqinin "sabit" proqnoz ilə qorunub saxlandığı bildirilib.
Açıqlamada, Fransa hökumətinin tətbiq etdiyi maliyyə siyasətlərin işə yaradığı bildirilib, dövlət borcunun ümumi daxili məhsula nisbətinin S&P-nin proqnozlarına nisbətən daha sürətli düşdüyü qeyd olunub.
Fransa iqtisadiyyatının bu il 1,6 faiz artacağı və bu tempi 2020-ci ilə qədər qoruyacağı proqnozuna da yer verilib.