"Standard & Poor's"un (S&P) iqtisadçıları, ABŞ iqtisadiyyatında artan əks küləklər səbəbilə ABŞ Mərkəzi Bankının (Fed) bu il ehtimalla faiz endiriminə gedəcəyini bildiriblər.
S&P daha əvvəlki təxminlərində Fed-in bu il faizlərdə dəyişikliyə getməyəcəyini nəzərdə tuturdu.
Agentlik, Tramp hökumətinin ticarət müharibəsində bir neçə cəbhədən mübarizə aparması səbəbilə qlobal tədarük zəncirinin pozula biləcəyini, iş və istehlakçı etibarına təzyiq yarana biləcəyini qiymətləndirir.
S&P iqtisadçılarına görə, ABŞ Mərkəzi Bankı sentyabr ayında faizi 25 bənd endirə bilər.
Marja