“S&P” Böyük Britaniyanın kredit reytinqini yeniləyib | Banco.az

“S&P” Böyük Britaniyanın kredit reytinqini yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P” Böyük Britaniyanın kredit reytinqini mənfidən sabitə dəyişib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Standard Poor's” (SP) Böyük Britaniyanın kredit reytinqini təsdiqləyərkən, proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.

Açıqlamada Böyük Britaniyanın kredit reytinqinin "AA/A-1+" olaraq təsdiqləndiyi və proqnozun "mənfi"dən "stabil"ə dəyişdirildiyi bildirilib.

Böyük Britaniya iqtisadiyyatının bu il orta səviyyədə daralmasının gözlənildiyi vurğulanan açıqlamada bununla belə, qısamüddətli aşağı yönlü iqtisadi risklərin azaldığına dair inam da əksini tapıb.

Açıqlamada İngiltərə iqtisadiyyatının bu il 0,5 faiz daralması, qarşıdakı 3 ildə isə müvafiq olaraq 1,5 faiz, 1,8 faiz və 1,6 faiz böyüməsinin gözlənildiyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram