"S&P" Avstraliyanın kredit reytinqini təsdiqləyib | Banco.az

"S&P" Avstraliyanın kredit reytinqini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P Global” Avstraliyanın kredit reytinqini yayımlayıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “S&P Global” Avstraliyanın uzunmüddətli kredit reytinqlərini “AAA” olaraq təsdiqləyib.

Qısamüddətli kredit reytinqlərini “A-1+” olaraq təsdiqləyən agentlik uzunmüddətli proqnozunu isə "stabil" olaraq saxlayıb.

Avstraliyanın yaxşılaşan maliyyə balansının kredit reytinqlərini dəstəklədiyini ifadə edən “S&P Global” ölkənin ümumi dövlət kəsirinin 2023 və 2026-cı illərdə ÜDM-in 2 faizindən az olacağını və mərkəzi hökumət borcunun ÜDM-ə nisbətinin isə sözügedən dövrdə 30 faiz səviyyələrində qalmaqda davam edəcəyini proqnozlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram