"S&P" Avrozonanın artım proqnozunu aşağı salıb | Banco.az

"S&P" Avrozonanın artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P Global Ratings” Avrozonanın 2024-cü il üzrə artım proqnozunu 1,4 faizdən 1 faizə endirib.

Banco.az xəbər verir ki, “S&P Global Ratings”in “Avrozonaya 2023-cü ilin II rübü üzrə İqtisadi Baxış: Faiz artımları iqtisadi inkişafı ləngidir” başlıqlı hesabatı dərc olunub.

Hesabatda qeyd olunub ki, Avrozona iqtisadiyyatı 2023-cü ilə güclü başlanğıc etsə də, iqtisadiyyatda durğunluq əsas ssenarilərdən biri olmaqda davam edir.

Region ölkələrində inflyasiya göstəricisinin 2025-ci ilin ilk rübünə qədər hədəf səviyyəyə qayıtması gözlənilmədiyi və Avropa Mərkəzi Bankının (EVB) proqnozlaşdırılandan daha uzun müddət faiz artımlarına davam etməli olacağı üçün “S&P Global Ratings” 2024-cü il üzrə Avrozonada artım proqnozunu 1,4 faizdən 1 faizə endirməli olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, məhdudlaşdırıcı pul siyasəti daxili tələbi əks etdirəcək və faiz dərəcələrinin 2024-cü ildə real olaraq müsbətə çevriləcəyi gözlənilir. Eyni zamanda istehsal və əmək bazarı da sürətini itirə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et