“S&P” AMB-nin valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb | Banco.az

“S&P” AMB-nin valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb.

“S&P"nin proqnozuna əsasən, bu il AMB-nin valyuta ehtiyatları 7,489 milyard (2021-ci ilə nisbətən 5,8% çox) dollar təşkil edəcək.

“S&P" hesab edir ki, 2023-cü ilə AMB-nin ehtiyatları 7,731 milyard dollara, 2024-cü ildə 7,782 milyard dollara kimi yüksələcək. 2025-ci ildə isə bu rəqəm bir qədər azalaraq 7,743 milyard dollara bərabər olacaq.

Qeyd edək ki, iyulun 8-də Beynəlxalq Valyuta Fondu (BVF) AMB-nin valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlamışdı. BVF-nin proqnozuna görə 2022-ci ildə AMB-nin valyuta ehtiyatları 7,275 milyard manat olacaq. Bu isə “S&P"nin proqnozu ilə müqayisədə aşağıdır.

“S&P Global Ratings” həmçinin manatın məzənnəsinin 2026-ci ilə kimi sabit qalacağını proqnozlaşdırıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et