S&P agentliyi Ukraynanın kredit reytinqini aşağı salıb | Banco.az

S&P agentliyi Ukraynanın kredit reytinqini aşağı salıb

Müəllif - Aida İsaq, Banco.az

Aparıcı beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Ukraynanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini CCC+-dan CCC-ə endirib. 

Banco.az xəbər verir ki, müvafiq proqnoza əsasən, hazırda emitentin borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi risklərinin mövcud olduğu bildirilir. Bu, böyük ölçüdə kommersiya, maliyyə və iqtisadi şəraitdən asılıdır. Qiymətləndirməyə “+” işarəsinin əlavə olunması isə reytinqin orta səviyyədə olması və proqnozun arta biləcəyini ehtiva edir.

Agentliyin məlumatına görə, Ukraynada davam edən döyüş əməliyyatları ilə bağlı yaranan qeyri-müəyyənlik səbəbindən ölkə hakimiyyəti borclara xarici valyutada deyil, qrivna ilə xidmət göstərmək imkanına malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram