"S&P" ABŞ-ın bəzi banklarının reytinqini aşağı salıb | Banco.az

"S&P" ABŞ-ın bəzi banklarının reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's”in bir sıra ABŞ banklarının reytinqini aşağı salmasından iki həftə sonra analoji addım digər bir qurum tərəfindən atılıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “S&P Global” çətin fəaliyyət şərtlərini əsas gətirərək bəzi ABŞ banklarının reytinqini aşağı salıb və proqnozlarını aşağı yönlü nəzərdən keçirib.

Bu barədə “S&P” bazar ertəsi verdiyi açıqlamada məlumat verib.

Məlumatda qeyd olunur ki, agentlik sektorda yüksək faiz dərəcələrinin və depozit hərəkətlərinin təsirini qeyd edərək “KeyCorp”, “Comerica Bank”, “Valley National Bancorp”, “UMB Financial Corp” və “Associated Banc-Corp”un reytinqlərini bir pillə aşağı salıb.

“S&P” həmçinin “River City Bank” və “S&T Bank”ın reytinqini mənfiyə endirib və “Zions Bancorp”a baxışının təhlildən sonra mənfi olaraq qaldığını elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram