“S&P” ABŞ-da tənəzzül riskinin azaldığını bəyan edib | Banco.az

“S&P” ABŞ-da tənəzzül riskinin azaldığını bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P”: ABŞ-da tənəzzül riski azalıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “S&P Global” ABŞ-da növbəti 12 ay ərzində tənəzzül ehtimalının ötən ilin ortalarından etibarən azaldığını bildirib.

“S&P Global” agentliyi "ABŞ-ın Biznes Dövrünün Barometri: Tənəzzül Riski Azalıb, Lakin Artım Potensiala bağlıdır" adlı hesabat dərc edib.

Kredit reytinq agentliyinin sözügedən hesabatla bağlı verdiyi açıqlamada deyilir ki, ABŞ-da növbəti 12 ay ərzində tənəzzül ehtimalı ötən ilin ortalarından etibarən azalsa da, hələ də yüksək olaraq qalır.

Açıqlamada həmçinin vurğulanıb ki, cari məlumatlar inflyasiyanın aşağı düşməsi və əmək bazarının güclü olması ilə istehlak sektorunda müsbət meylləri əks etdirir, lakin xərclərin artımında hər hansı qısamüddətli dövri artım iqtisadiyyatın əsas artım potensialı ilə məhdudlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada əsas risklər arasında Yaxın Şərqdəki münaqişələr və ABŞ Federal Ehtiyat Sistemindən (FED) gözlənilən monetar genişlənməni təhdid edəcək inflyasiyada potensial canlanmanın olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et