Bankda soyğunçulardan biri qışqırır: "Heç kim hərəkət etməsin, pul dövlətə aiddir, həyat isə sizə aiddir". Hamı dərhal və sakitcə yerə uzanır. Bu, "Şüur dəyişdirmə konseptidir" - insanların ənənəvi düşüncə tərzini dəyişmək.
Bankdakı qadınlardan biri masaya çox provokativ uzanır. Oğru dərhal qışqırır: "Mədəni ol bir az, biz oğurluğa gəlmişik, zorlamağa yox".
Bu, "Professionallıq" adlanır - hansı sahədə təlim keçmisənsə və əsas işin nədirsə, o sahəyə fokuslanmaq lazımdır.
Oğrular geri qayıdanda, gənc və MBA təhsilli oğru yaşlı və orta təhsilli oğruya deyir: "Gəl sayaq görək, nə qədər pul oğurlamışıq?". Yaşlı oğru "Çox axmaqsan, bu qədər pulu oturub sayacağıq? Axşam televiziyalar bankdan nə qədər pul oğurladığımızı deyəcəklər onsuz da" deyir.
Bu, "Təcrübə" adlanır - indiki dövrdə təcrübə diplomdan daha üstündür.
Oğrular bankdan çıxdıqdan sonra bank meneceri öz filial müdirindən polis çağırmağı xahiş edir. Müdir "Tələsmə, 10 milyon dollar da özümüzə götürək, bir də əvvəllər mənimsədiyimiz 70 milyon dolları da oğurlanmış məbləğə əlavə edək" deyir.
Buna "Axınla üzmək" deyilir. Xoşagəlməz situasiyanı öz xeyrinə dəyişdirmək.
Növbəti gün televiziya kanalları xəbər yayırlar ki, oğrular bankdan 100 milyon dollar oğurlayıblar. Oğrular dəfələrlə pulu saysalar da, ortada yalnız 20 milyon dollar olduğunu görürlər. Oğrular əsəbi halda "Biz həyatımızı riskə atdıq və yalnız 20 milyon dollar qazandıq. Filial müdiri isə bir anda heç bir əziyyət çəkmədən 80 milyon dollar qazandı" dedilər.
Bu, "oxumaq qızıldır" deməkdir - təhsil almaq, oğru olmaqdan daha yaxşıdır.