Müəllif - Aida İsaq, Banco.az
Şotland viskisi investorların tələbi ilə gözlənilmədən 20% bahalaşıb.
Banco.az xəbər verir ki, qiymətlər bir şüşə üçün 100 funt sterlinqdən 1000 funt-sterlinqə qədər bahalaşıb. Orta hesabla bu şüşələrin 40% bahalaşması fonunda satışlarda 30% artım müşahidə olunub.
Şotland viskisinin qiymətinin artmasının maliyyə bazarlarının qeyri-sabitliyi, monetar siyasətin sərtləşdirilməsi və yüksək inflyasiya ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Şotlandiyada viski əsas ixracat məhsullarından biridir. Böyük Britaniyada bu ixracın həcmi ümumi ixracın 1,4%-ni təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
