Sosial yardımın təyini üçün bu məlumat tələb olunacaq | Banco.az

Sosial yardımın təyini üçün bu məlumat tələb olunacaq

Sosial yardımın təyin olunması və ya məbləğinin dəyişdirilməsi üçün ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat veriləcək.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10-cu maddəsinin ( Sosial yardım almaq hüququna yenidən baxılması) 10.1-ci bəndinə dəyişiklik edilir.

Dəyişikliklə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Qanunun mövcud variantında isə sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et