Sosial şəbəkələrdə səs-küy yaradan sosial videoçarx | Banco.az

Sosial şəbəkələrdə səs-küy yaradan sosial videoçarx

Dünən axşam saatlarında instagram sosial şəbəkəsində bir çarx hər kəsin diqqətinə və paylaşımına səbəb oldu.

Qısa sosial çarxı ərsəyə gətirdilər - LİB komandası:

İdeya müəllifi və rejissor: Nicat Qədimli

Operator: Soltan İbrahim

Video çarxı izləyə bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

 Sosial çarx yollarda ehtiyatlı olmağın, sürət hərisi olmamağın, bununla da həm özümüzün, həm də sevdiklərimizin həyatına sahib çıxa biləcəyimizə yönəlib.

“Küləklə yarış” adlı bu qısa video material “Light in Black Agency” kreativ agentliyinə məxsusdur. Agentliyin yaradıcısı və rəhbəri Marketinq mütəxəssisi və prodüser Nicat Qədimlidir.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə güclü ajotaja və müzakirələrə səbəb olan "Find me", "Targovıda gəlinlik paltarında gəzən ruh" və s. adlı başlıqlarla paylaşılan videonun müəllifi də məhz bu agentlikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et