Sosial şəbəkələr və karyera | Banco.az

Sosial şəbəkələr və karyera

Nə qədər bundan qaçsaq da, sosial şəbəkələr artıq həyat tərzinə çevrilməyə başlayıb və demək olar ki, hər kəsin həyatında var. Əgər uğurlu karyera qurmaq istəyirsinizsə, sosial şəbəkələrdə hərəkətlərinizə diqqət yetirməli olacaqsınız.

Sosial şəbəkələrin ağıllı istifadəsi zamanı dəyərli məlumatlar əldə edib, dostlar qazanmaq olar. Bu məqalədə isə sizlərə sosial şəbəkələrdə buraxılan 6 səhvdən söz açılacaq.

Şəkillər
Rəhbərlik ilk öncə profil şəkillərinizə diqqət yetirə bilər. Belə ki, sadə bir partidən belə, çılğın şəkiliniz sizin haqqınızda mənfi fikir yarada bilər. Bunun üçün sosial şəbəkələrə hər hansı bir şəkil yükləyərkən, onun karyeranıza nə kimi təsir edəcəyi barədə düşünün.

Sözlər
Real həyatla bərabər virtual həyatınız da var? Onda bilməlisiniz ki, realda olduğu kimi, virtualda da sözlərinizə diqqət yetirməlisiniz. Bir iki artıq söz rəhbərliyin sizin barənizdə düşüncəsini dəyişə bilər. Belə ki, siz işdə özünüzü olduqca alicənab aparsanız da, artıq onlar sizin ikiüzlü olduğunuzu düşünə bilərlər. Bununla da, siz rəhbərliyin inamını itirə bilərsiniz.

Dostlar
Unutmayın ki, dostlarınız sizinlə birlikdə çəkdirdikləri istənilən şəkli sosial şəbəkələrdə paylaşa bilərlər. Buna görə də, dostlarınızın şəkillərdə sizin adınızı qeyd etməklərinə icazə verməyin.

Maraqlar
Rəhbərlik sizin üzv olduğunuz qruplarla da maraqlana bilər. Belə ki, bu qruplar hər kəs üçün açıqdı və siz qrupa üzv olarkən onun hansı mövzüya qulluq etdiyinə diqqət yetirin. Yaxşı olar ki, professiyanıza uyğun olan qruplara üzv olasınız.

Oyunlar
Gündəlik həyatınızda oyun oynamağı sevirsiniz? Bunu hər kəs bilmək məcburiyyətində deyil. Oyunları sosial şəbəkələrlə sinxron etməsəniz daha yaxşı olar. Əks təqdirdə, rəhbərlik iş zamanı oyun oynadığınızı düşünə bilər.

Tənqid
Hər kəsi və hər şeyi tənqid etməyə tələsməyin. Tənqidi inandığınız adamlarla ismarıcla da edə bilərsiniz. Həmçinin rəqib şirkətləri də qaralamağa tələsməyin. Unutmayın ki, bir gün o şirkətlərdə işləmək arzusuna düşə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et