Sosial müavinətlərdəki artımın hesablanacağı tarix açıqlandı | Banco.az

Sosial müavinətlərdəki artımın hesablanacağı tarix açıqlandı

“Sosial müavinətlərdəki artım 01 Aprel 2019-cu ilin tarixindən hesablanacaqdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Prezidentin sərəncamında artırılacaq məbləğlər göstərilib. Hal-hazırda biz qanun və sərəncam layihələrini hazırlayırıq. 15 gün müddətində onları cənab Prezidentə təqdim edəcəyik. Qanun layihələri isə Milli Məclisə göndəriləcəkdir. Bizim bir ay vaxtımız var. 1 Aprel tarixindən etibarən bütün müavinətlər yeni rəqəmlər ilə hesablanacaqdır",- Sahil Babayev bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.

Onun sözlərinə görə, sərəncamın icrası üçün bu il büdcədən 302 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün bu rəqəm 400 milyon olacaq: "Aprelin 1-dən insanlar həmin vəsaitləri ala biləcəklər".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et