"Sosial məsafə saxlamaq 2022-ci ilə qədər zəruri ola bilər" | Banco.az

"Sosial məsafə saxlamaq 2022-ci ilə qədər zəruri ola bilər"

“Virusun yenidən yayılmasının qarşısını almaq üçün bütün ölkələrdə insanlar 2022-ci ilə qədər sosial məsafəni saxlamalı ola bilərlər”

Banco.az xəbər verir ki, bunu Harvard Universitetinin tədqiqatçıları söyləyir. Belə ki, qoruyucu tədbirlər çox tez ləğv olunarsa, bu, epidemiyanın müddətini uzada və vəziyyəti ağırlaşdıra bilər.

Pandemiyanın gedişatı virusun hal-hazırda məlum olmayan xüsusiyyətlərindən asılı olacaq. Birincisi, mövsümilik — virusun ilin fəslindən asılı olaraq fərqli şəkildə yayılıb-yayılmaması. İkincisi, immun sisteminə təsiri. İnsanlarda yoluxmadan sonra immunitet yaranırmı? Daha yüngül koronaviruslarla təmas COVID-19-un səbəb olduğu xəstəlikdən qorunma təmin edirmi?

Həmçinin oxu: İxtisasca həkim olan investor nəyi koronavirusdan daha dəhşətli bəla adlandırıb?

Ən sərfəli kredit üçün müraciət et

Harvard alimləri pandemiyanın inkişafının bir neçə ssenarisini simulyasiya ediblər. Nəticədə qənaətə gəliblər ki, səhiyyə sistemləri tərəfindən ciddi nəzarət edilən sosial izolyasiya virusdan tamamilə qurtulmağın mümkün yollarından biridir. Belə ki, 2003-cü ildə SARS-CoV-1 ilə də bu cür olmuşdu. Ancaq yeni virusun yayılma üsulunu nəzərə alsaq, bu seçim getdikcə daha effektsiz görünür.

Başqa bir ssenariyə görə (tədqiqatçılar daha real hesab edir), 20 həftəlik sərt sosial izolyasiya yeni yoluxma dalğalarına rəvac verəcəkdir. “Sosial məsafə o dərəcə təsirli olacaq ki, əhalidə xəstəliklərə müqavimət yaranmayacaq”, — alimlər izah edir.

Hadisələrin belə inkişafının qarşısını almaq üçün ölkələr 2022-ci ilə qədər vaxtaşırı sosial məsafə tədbirlərini tətbiq etməli olacaqlar (O vaxta qədər peyvənd yaradılmazsa).

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et