Sosial media həştəqlərinin yaranmasından 14 il ötür | Banco.az

Sosial media həştəqlərinin yaranmasından 14 il ötür

Tamara Mustafayeva, Banco.az

Bu gün sosial media aləmində "World Hashtag Day", #HashtagDay ("Dünya Həştəq Günü) kimi qeyd olunur.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ilk dəfə 2007-ci il 23 avqust tarixində Twitter platformasında yaranan həştəqlər bu gün 14-cü ildönümünü qeyd edir. Twitter mühüm mövzuları formalaşdırmağa xidmət etdiyi və dünyanın müxtəlif yerlərindən milyonlarla insanı bir araya topladığı üçün hər ilin bu günü fərqli dillərdə #HashtagDay emojisini də istifadəçilərin ixtiyarına verir.

Qeyd edək ki, məxsusi olaraq bu gün üçün Twitter tərəfindən yayımlanan göstəricilərə görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində tərkibində ən az bir adda həştəqin olduğu 12,6 milyard tvit yazılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et