“Sosial ev”-lərin satışı bu dəfə də baş tutmadı | Banco.az

“Sosial ev”-lərin satışı bu dəfə də baş tutmadı

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı prosesi baş tutmayıb.

Məlumata görə, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək. 

Marja.az