Soros 7 milyard cərimələndi | Banco.az

Soros 7 milyard cərimələndi

O, vergidən yayınmaya görə ümumilikdə 13,3 milyard dollar qazanıb

Amerikalı milyarder Corc Sorosa vergi ödəmələrini gecikdirməyə görə təqribən 7 milyard dollar məbləğində vergi qalığı cəzası tətbiq edilə bilər.


ANS PRESS-in məlumatına görə o, fondundan təkrar maliyyələşdirmə hesabına müştəri ödənişləri üzrə vergi ödəməyib.

“Fox News”un yaydığı xəbərdə deyilir ki, vəsaitlər vergi kimi toplanıb. Bu, qanundakı “boşluqlar” hesabına bir neçə il müddətində mümkün olub. Lakin ABŞ Konqresi 2008-ci ildə bu normanı təxirə salıb və bundan yararlanan şəxslərə öz hesablaşmalarını həll etmək üçün 2017-ci ilə kimi vaxt verib.

“Blomberg”in hesablamalarına görə, bu yolla Corc Soros 13,3 milyard dollar əlavə gəlir qazanıb. Bu gəlirin vergisini hesablayaraq, milyarderin 6,7 dollar milyard ödəməli olacağını bildirirlər.

Xatırladaq ki, Corc Soros aktivlərini gələcəkdə vergi sığınacağı kimi düşündüyü İrlandiyaya köçürüb. Lakin hüquqşünaslar onun 2017-ci ildə əlavə vergidən necə yayınacağı yollarını bilmədiklərini açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et