Tamara Mustafayeva, Banco.az
"Xiaomi" və "Foxconn" kimi rəqiblərinin izi ilə gedən "Sony" ilk elektromobilini satışa çıxarmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın transmilli texnologiya şirkəti "Sony Group"un CEO-su İstehlakçı Elektronikası Sərgisindəki (CES) çıxışı zamanı elektrik avtomobili istehsal etmək üçün "Sony Mobility"ni təsis etdiklərini açıqlayıb.
Texnologiya nəhəngi şirkət sözügedən tədbirdə "Sony SUV" seqmenti üzrə elan etdikləri elektromobil modelini də ictimaiyyətə təqdim edib, ancaq modelin qiyməti və ya satışa çıxarılma tarixi ilə bağlı məlumat verməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!