Müəllif - Aida İsaq, Banco.az
Yaponiyanın “Sony” şirkəti rekord səviyyədə mənfəət əldə edib.
Banco.az xəbər verir ki, şirkətin satışdan əldə etdiyi mənfəət hesabat dövrü üçün 85,4 milyard dollar təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 16% çoxdur. Həmçinin şirkət xalis mənfəətini 6,2% artıraraq 6,9 milyard dollara çatdırıb.
Müvafiq nəticə flaqman “Playstation 5”in, eyni zamanda oyunların qlobal satışı sayəsində əldə edilib. Ümumilikdə “Sony” bu model üzrə 19,1 milyon oyun konsolu satıb.
Bizi sosial şəbəkələrdən izləyin!!