Müəllif:Mehin Qasımova/Banco.az
Baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən Sony-nin video oyunlar və rəqəmsal əyləncələr sahəsində fəaliyyət göstərən törəmə şirkəti olan Sony Interactive Entertainment qlobal işçi qüvvəsinin 8 faizini təşkil edən 900 əməkdaşını işdən çıxarmaq planlarını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin icraçı direktoru Cim Rayan işdən çıxarılmalarla bağlı işçilərə göndərdiyi elektron məktubu paylaşıb.
"Biz əməliyyatların yenidən qurulması üçün inanılmaz dərəcədə çətin bir qərar verdik, bu da bizim uğurumuza töhfə verən çox istedadlı şəxslərə təsir edən işçi qüvvəmizin azaldılmasını ehtiva edir"-, deyə o bildirib. O, işçilərinin olduğu bir neçə PlayStation studiyasının ixtisarlardan təsirlənəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!