Ötən ilin sonunda Avropada, bu ilin əvvəlində də ABŞ-da bazara təqdim etdiyi yeni ağıllı telefonu Xperia Z1-in su keçirməzlik iddiasının yalnız telefonu ekoloji risklərdən qoruyan bir faktor olaraq qalmasını istəməyən Sony, bu xüsusiyyəti cihazı digər telefonlardan tamamilə fərqləndirən əyləncəli bir ünsür olaraq təqdim etdi.
Cihazın dizaynı hazırlanan zaman su altında olduğunu müəyyən etməsinə yardımçı olan reseptorlar yerləşdirən Sony, proqram inkişaf etdiricilərindən bu reseptorlara giriş imkanı təmin edir və yaradılmış proqramlarla da bənzərsiz bir istifadəçi təcrübəsi vəd edir.
"Photo Lab","Plantimal", "Goldie" "Sink Sunk" kimi proqramlar sadəcə su altında işləyir.
Google ilə əməkdaşlığa gedən Sony sualtı tətbiqləri üçün Android-in proqram bazarı Google Play-də xüsusi bir də bölüm açıb. Marka tətbiqlərin təqdimatı üçün icra etdiyi kampaniya üçün Wieden + Kennedi-dən dəstək alır.
Goldie
Plantimal
Günel Abduraxmanova / [email protected]