"Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər etməsi ölkədə qiymət artımına səbəb olmayacaq".
Bunu İTV-nin efirində Dövlət Gömrük Komitəsinin (DGK) hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarov bildirib.
"Bəzən deyirlər ki, bu qərar qiymətlətimn artımına gətirib-çıxaracaq. Amma elə deyil. Dövlətin kifayət qədər antiinhisar qurumları var. Bu sahədə vəziyyətə nəzarət olunacaq ki, vətəndaşlar əziyyət çəkməsinlər", - o qeyd edib.
Bundan başqa, gömrük rəsmisi vurğulayıb ki, son qərarla sözügedən qaydaların bəzi bəndləri sadələşdirilib: "Məsələn, bəyanetmə prosesini sadələşdirmişiq, artıq mal sahibi ilə yanaşı, onun nümayəndəsi isə ölkəyə gətirilən malı bəyan edə bilər".
Report
Bizi sosial şəbəkələrdən izləyin!!