"İnflyasiyanın bir müddət 2%-in üzərində qalmasına icazə verəcəyik" | Banco.az

"İnflyasiyanın bir müddət 2%-in üzərində qalmasına icazə verəcəyik"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), Fed-in faiz qərarından sonra mətbuat konfransında etdiyi açıqlamada, "Son aylarda iqtisadi yığışmanın sürəti yavaşlayıb" deyib.

Cerom Pauel, "Yığışma (toparlanma-red) ümumiyyətlə gözləniləndən sürətli oldu. İşsizlik nisbəti Noyabrda yüksək qalmağa davam etdi. Fed, iqtisadiyyata güclü dəstək təmin etməyi hədəfləyir. Xidmətlərdə xərcləmələr zəif qalır. İnflyasiyanın bir müddət 2%-in üzərində qalmasına icazə verəcəyik" ifadələrini istifadə edib.

Pauel, "Önümüzdəki yol çox qeyri-müəyyəndir. Əmək bazarındakı yaxşılaşma sürəti yavaşlayıb. Pandemiya inflyasiya üzərində əhəmiyyətli izlər buraxıb. Koronavirusa yoluxanların artması narahatlıq yaradır. Peyvənd işlərində mühüm çətinliklər və qeyri-müəyyənliklər davam edir" şəklində danışıb.

Pauel, "Bir müddət iqtisadiyyatı dəstəkləməyə davam etməliyik. İnflyasiyanın 2%-ə çatdığını və üzərində qaldığını görənə qədər faiz artırmayacağıq. İnflyasiyasnı yüksəltmək asan olmayacaq. Dünyada ciddi deflyasiya təzyiqi var. İqtisadiyyatın 2021-in ikinci yarısında daha güclü olacağına inanırıq. İqtisadiyyatın gedişatı böyük ölçüdə pandemiyaya bağlıdır. Balansın böyüdülməsinin iqtisadiyyatı dəstəklədiyinə inanırıq" deyib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram