Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-aprel aylarında 609 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 4 ayda ölkənin elektromobil idxalının dəyəri isə 20 milyon 411 min dollar olub.
İllik müqayisədə elektromobil idxalında azalma müşahidə edilir. Lakin son 5 ilin göstəricilərinə baxsaq, idxalda ciddi artım olduğunu görə bilərik. 2021-ci ildən (yanvar-aprel aylarında) bəri idxal edilən elektrikli avtomobillərin sayı bu qədər olub:
İllər (yanvar-aprel ayları) |
Sayı |
Dəyəri (dollar) |
2025 |
609 |
20 milyon 411 min |
2024 |
1 012 |
43 milyon 429 min |
2023 |
568 |
23 milyon 771 min |
2022 |
92 |
2 milyon 920 min |
2021 |
24 |
947 min |
Bizi sosial şəbəkələrdən izləyin!!