2017-ci il 31 dekabr tarixi üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
Belə ki, sözügedən dövrə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,921 mlrd. manat olub. Bu isə 31 dekabr 2016-cı il tarixi ilə müqayisədə 11% azdır.
Bankların cəmi öhdəlikləri isə 24,212 mlrd. manat təşkil edib. Qeyd edək ki, bu, cəmi öhdəliklərin 1 il ərzində 5,319 mlrd. manat azaldığını göstərir.