Son 1 ildə Azərbaycanın ixracı 23%-dək azalıb | Banco.az

Son 1 ildə Azərbaycanın ixracı 23%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 26 milyard 892 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyard 441 milyon dollar və ya 11,3% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 22,5% azalaraq 16 milyard 98 milyon ABŞ dollarına enib. İdxalı isə 12,9% artaraq 10 milyard 793 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 5 milyard 305 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 52,7% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram