Son 1 ildə Azərbaycanın idxalı 8% artıb | Banco.az

Son 1 ildə Azərbaycanın idxalı 8% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 768 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 398 milyon dollar və ya 16,8% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 28,2% azalaraq 12 milyard 900 milyon ABŞ dollarına enib. İdxalı isə 8,2% artaraq 8 milyard 867 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 4 milyard 33 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 58,7% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et