Son 1 ildə Azərbaycanda ərzağa 34 milyard manat pul xərclənib | Banco.az

Son 1 ildə Azərbaycanda ərzağa 34 milyard manat pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2025-ci ildə ərzaq məhsullarına 34 milyard 21.2 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 550,2 manatlıq, o cümlədən 300,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 249,9 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram