Şok iddia:“YouTube”-da izləyicilər mədənçilik vasitəsi kimi istifadə olunur? | Banco.az

Şok iddia:“YouTube”-da izləyicilər mədənçilik vasitəsi kimi istifadə olunur?

“YouTube”-un passiv izləyiciləri kriptovalyuta mədənçiliyi vasitəsi halına gətirdiyi iddiası “Google”-da bəzi problemlərə səbəb oldu. Şikayətlərin sosial mediada yayılması ilə yanaşı, “YouTube” reklamlarının anti-virus proqramlarında qırmızı bayraqlar göstərdiyi iddia edilmişdi. Bu məsələ həftənin əvvəlində bir çox müzakirələrə səbəb oldu. “Coinhive” adlı xidmət, bir izləyicinin CPU-sunu ələ keçirdi və kriptovalyuta mədənçiliyi etməyə başladı.

Bu şikayətlər davam etdikdə, ötən cümə günü “Trend Micro” adlı anti-virus proqram şirkəti açıqlama ilə yadda qaldı. Verilən açıqlamada reklamların kriptovalyuta mədənçiliyi qəbulunun artırdığı ifadə edildi. Kibercinayətkarlar “Google”-un “Double Click” reklam platforması istifadə edərək zərərli ünsürlərin “YouTube” vasitəsilə reklam kimi nümayiş etdirilməsini təmin edirlər. İndiyədək İspaniya, İtaliya, Tayvan, Yaponiya və Fransada həmin reklamlar göstərilib.

“Google” cümə günü “Ars Technica”-ya verdiyi məlumatda təhdidi təsdiqləyib:

“Reklamlar iki saatdan az müddətdə bloklandı və pis məqsədli faktorlar platformalarımızdan çıxarıldı”.

Ancaq bu izahat insanları təmin etmədi. Çünki “Trend Micro” səlahiyyətlilərinə görə, həmin reklamlar azı 1 həftə yayımlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Monero üçün kriptovalyuta mədənçiliyi tətbiqləri

“YouTube” vasitəsilə insanlara izlədilən bu reklamların məqsədi Monero üçün kriptovalyuta mədənçiliyi etməkdir. Kibercinayətkarların “YouTube”-u hədəf almasını səbəbi insanların bu saytda çox vaxt keçirmələridir. Çünki zərərli proqram nə qədər çox aktiv qalsa, CPU da o qədər çox istifadə edilər. Bununla da kriptovalyuta mədənçiliyi daha çox pul qazandırar.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et