"Softbank" 2022-ci maliyyə ilində də zərərə uğrayıb | Banco.az

"Softbank" 2022-ci maliyyə ilində də zərərə uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SoftBank”ın zərəri 2022-ci ildə azalma göstərib.

Banco.az xəbər verir ki, Yaponiyanın transmilli investisiya holdinqi “SoftBank Group” (SBG) 2022-ci maliyyə ili üzrə 970,1 milyard yen (7,2 milyard dollar) xalis zərər açıqlayıb.

Bu göstərici enerji, maliyyə və rabitə sektorlarında xidmət göstərən holdinqin 2022-ci maliyyə ilinə dair müfəssəl balans hesabatında qeyd olunub.

Holdinqin sözügedən maliyyə ili üzrə satış gəlirləri isə 5,6 faiz artaraq 6,57 trilyon yen (48,7 milyard dollar) hesablanıb.

Xatırladaq ki, yapon investisiya holdinqi iki il ardıcıl olaraq xalis zərər açıqlayıb. Belə ki, SBG 2021-ci maliyyə ilində də 1,71 trilyon yen xalis zərər vermişdi. Bu da onu göstərir ki, holdinqin 2022 maliyyə ilindəki zəzəri əvvəlkindən 43 faiz azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et