"Yanvarın 11-də bir sıra elektron kütləvi informasiya vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb. Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır".
Bu, SOCAR-ın mətbuat xidmətinin məlumatında qeyd olunub.
Məlumatda deyilir ki, SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. "Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar", - məlumatda deyilir.
Mənbə:Report.az