SOCAR Ukraynada neft məhsullarının keyfiyyətini yoxlamaq üçün ən yaxşı avadanlıqlardan istifadə edir | Banco.az

SOCAR Ukraynada neft məhsullarının keyfiyyətini yoxlamaq üçün ən yaxşı avadanlıqlardan istifadə edir

"SOCAR-ın müştəriləri aldıqları məhsulun keyfiyyətinin ən yaxşı avadanlıqlardan istifadə edilməklə yoxlanmasından arxayın ola bilər".

Bunu neft-qaz məhsullarının keyfiyyətinə nəzarət üçün laboratoriya avadanlıqlarının təchizatı üzrə ixtisaslaşan Ukrayna-İsveç şirkəti "SocTrade"in direktoru Aleksandr Pleve deyib.

Ən sərfəli kredit üçün müraciət et

A.Pleve bildirib ki, onun rəhbərlik etdiyi şirkət neft-qaz məhsullarının keyfiyyətinə nəzarət üçün laboratoriya avadanlıqlarının təchizatı ilə məşğul olur və bütün Ukrayna ərazisində stasionar və mobil laboratoriya təmin edə bilir: "Üç il bundan əvvəl şirkətimiz "SOCAR Energy Ukraine" üçün ilk dəfə avadanlıq tədarük etdi və bu əməkdaşlıq bu günə qədər davam edir. Biz qarşı tərəfə benzin və dizel yanacağının 40-dan çox keyfiyyət göstəricisini ölçə bilən Avstriya analizatoru təqdim etmişdik. İndi Odessa vilayətindəki neft bazasında bütün başverənlərə və yanacaqdoldurma məntəqələrinə yola salınan məhsullara nəzarət həyata keçirilir".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et