Müəllif: Gülnar Əhmədli, Banco.az
"SOCAR Polymer" MMC-nin bu ilin yanvar-iyun aylarında ixrac gəlirləri 151.2 milyon dollar təşkil edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın iyul sayına istinadən xəbər verir ki, bu, illik müqayisədə 86.4% və ya 70.1 milyon dollar çoxdur.
Məlumata görə, şirkət ötən ilin eyni dövründə 81.1 milyon dollarlıq məhsul ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!