“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39% artırıb | Banco.az

“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39% artırıb

Bu ilin yanvar-noyabr ayları müddətində “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 3,163 mln kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

Bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, 2019-cu illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 39 % artıb.

O bildirib ki, CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrinin onunda bu mühərrik yanacağının satışı həyata keçirilir.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) mühərrik yanacağıdır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et