SOCAR Özbəkistanla birgə layihələrin həyata keçirilməsini müzakirə edib | Banco.az

SOCAR Özbəkistanla birgə layihələrin həyata keçirilməsini müzakirə edib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov ilə keçirdiyi görüşdə aparılıb.

Tərəflər həmçinin karbohidrogen ehtiyatların işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda avqustun 21-də Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində imzalanan sənədlərin əhəmiyyəti qeyd olunub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram