SOCAR ötən ay həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb | Banco.az

SOCAR ötən ay həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb

2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib. SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülüb ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aiddir.

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az