SOCAR istiqrazlarının qiyməti azaldılıb | Banco.az

SOCAR istiqrazlarının qiyməti azaldılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 9,2 dollar azaldıb. Bu barədə "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verilir.

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 002,8 dollardan alınır. İstiqrazların satış qiyməti isə 1 025 dollar olaraq qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 13 dollardan 22,2 dollara qədər artırıb.

SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin