Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 3,56 dollar azaldıb. Bu barədə Bakı Fond Birjasına istinadən xəbər verilir.
Məlumata görə, hazırda SOCAR istiqrazları 1 004 dollardan alınır. İstiqrazların satış qiyməti isə dəyişməyib və 1 018 dollar təşkil edir.
Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 10,44 dollardan 14 dollara qədər artırıb.
SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir, faizlər 3 aydan bir ödənilir.
Mənbə: Report.az