SOCAR İstiqrazları ilə əməliyyatlar kəskin artıb | Banco.az

SOCAR İstiqrazları ilə əməliyyatlar kəskin artıb

Avqust ayında qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 10 milyon dolları keçib. İstiqrazların təkrar bazarı üzrə marketmeyker olan  «PSG Kapital» şirkətinin məlumatına görə,  ötən ay təkrar bazarda 10 618 SOCAR İstiqrazı satılıb, istiqrazların toplam dəyəri 10,62 milyon dollar olub. Bununla da SOCAR istiqrazları ilə əməliyyatların ümumi həcmi 107 milyon dollara çatıb.

Avqust ayında istiqrazlar 7 dollar bahalaşaraq 1007 dollara yüksəlib.

Xatırladaq ki, SOCAR İstiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib və istiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər. 

Ən sərfəli kredit üçün müraciət et

SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

Məhz bu səbəbdən həm fiziki, həm də hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. SOCAR İstiqrazlarının alıcıları arasında xarici ölkələrin - Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın vətəndaşları da var.

İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 oktyabrda baş verəcək, həmin tarixdə istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et