SOCAR istiqrazları ilə bağlı yeni kampaniya keçirilir | Banco.az

SOCAR istiqrazları ilə bağlı yeni kampaniya keçirilir

Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı aksiya başlayıb.

"Azfinance” investisiya şirkəti ölkədə ən çox alınıb-satılan SOCAR istiqrazları ilə bağlı kampaniya elan edib.

Bu barədə şirkətin direktor müavini İntiqam Səfərəliyev bildirib.

Kampaniyaya əsasən, qarşıdakı 2 həftə ərzində bu şirkətdən SOCAR istiqrazı alan şəxslər komissiya ödəməyəcəklər. Bu, istiqraz almaq üçün şirkətə müraciət edən müştərilərin maraqlarını təmin etmək məqsədi daşıyır.

“Müraciət edənləri ən çox maraqlandıran məsələ SOCAR istiqrazlarını alarkən nə qədər komissiya ödəyəcəkləridir. İnvestorlar istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün komissiya haqları ilə maraqlanırlar. Ona görə də biz iki həftəlik kampaniya elan etmişik”, - deyə İ.Səfərəliyev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, kampaniya çərçivəsində SOCAR istiqrazı alan müştərilərin bütün komissiyalarını “Azfinance” ödəyəcək: “Kampaniya fevralın 3-nə qədər davam edəcək. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır”.

İ.Səfərəliyev, həmçinin deyib ki, SOCAR istiqrazları üzrə aparılmış PR kampaniyası öz işini görüb: “İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər”. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et