SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
Bu barədə “Azneft” İB məlumat yayıb.
“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat məbləğində mükafat təyin olunub”, - deyə məlumatda qeyd olunur.
Apa.az