SOCAR 2015-ci ilin aprel ayında 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac edib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadla verdiyi məlumata görə, ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 min 141 ton dizel yanacağı, 87 min 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.
Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara, Urals nefti - 60 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara satılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
anspress.com