SOCAR-ın istiqrazları 1 025 dollara qədər bahalaşıb | Banco.az

SOCAR-ın istiqrazları 1 025 dollara qədər bahalaşıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 6 dollara yaxın artırıb. Bu barədə "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verilir.

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 010 dollardan alınır ki, bu da ötən günlə müqaysədə 5,92 dollar çoxdur. İstiqrazların satış qiyməti isə 1 017,08 dollardan 1 025 dollara çatdırılıb, yəni 7,92 dollar artırılıb.

Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını yenidən 15 dollara çatdırıb. Xatyırladaq ki, ötən gün bu rəqəm 13 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et