SOCAR-ın bu il büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb | Banco.az

SOCAR-ın bu il büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında dövlət büdcəsinə 136,487 mln. manat vəsait ödəyib. Banco.az "Report"a istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 6,6% azdır.

Bu ilin yanvar-sentyabr aylarında isə SOCAR büdcəyə 1 135,245 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövründən 19% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,788 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 1,2% çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 104,223 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3% azdır.

Ən sərfəli krediti almaq üçün müraciət et