SOCAR Gürcüstana qaz ixracını artırıb | Banco.az

SOCAR Gürcüstana qaz ixracını artırıb

SOCAR 2018-ci ildə Gürcüstana qaz ixracını 1,4% - 1 mlrd. 399,7 mln. kubmetrədək artırıb.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

"2017-ci ildə SOCAR Gürcüstana 1 mlrd. 379,7 mln. kubmetr qaz ixrac edib. 2018-ci ildə bu rəqəm 1 mlrd. 399,7 mln. kubmetr (artım 1,4%) təşkil edib”, - deyə məlumatda bildirilir.

Hazırda Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsüdür. SOCAR tərəfindən qaz Qazıməmməd-Qazax magistral qaz kəməri ilə nəql olunur.

Bundan əlavə, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı da Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana nəql olunur.

Ən sərfəli kredit üçün müraciət et

Gürcüstanda təbii qaz bazarının (topdan və pərakəndə) inkişaf etdirilməsi məqsədilə 2007-ci ildə “SOCAR Georgia Gas Ltd” yaradılıb.

2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti şirkət tərəfindən ölkənin qaz infrastrukturuna sərmayə qoyuluşu şərtilə 23 regional qazpaylayıcı şirkət və bir sıra qaz təsərrüfatı və şəbəkəsinin onun idarəçiliyinə verilməsi haqqında müqavilə imzalayıb.

©  “İnterfaks-Azərbaycan”