SOCAR büdcə ödənişlərini azaldıb | Banco.az

SOCAR büdcə ödənişlərini azaldıb

SOCAR tərəfindən bu ilin sentyabr ayında dövlət büdcəsinə 119 mln. 443 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 17 mln. 44 min manat və ya 12,49% azdır.

SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 24 mln. 827 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin 9 ayı ilə müqayisədə 110 mln. 418 min manat və ya 9,73% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 816 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 mln. 28 min manat və ya 8,72% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 107 mln. 163 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 mln. 940 min manat və ya 2,82% çox olub.

Mənbə : apa.az