SOCAR büdcə ödənişini artırıb | Banco.az

SOCAR büdcə ödənişini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 262,658 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46,776 mln. manat və ya 21,7% çox olub.

Ən sərfəli kredit üçün müraciət et

İki ay ərzində SOCAR-ın ödədiyi vəsaitin 134, 471 mln. manatı fevral ayının payına düşüb. Bu göstərici isə 2016-cı ilin fevral ayı ilə müqayisədə 36,271 mln. manat və ya 36,9% çoxdur.

Bundan əlavə, 2017-ci ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,656 mln. manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,734 mln. manat və ya 15,9% çox olub. Cari ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 25,163 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 4,113 mln. manat və ya 19,5 faiz çox olub.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et